Zabitin anası jurnalistlərin vasitəsilə dövlət rəhbərliyindən kömək istəyir
“Hörmətli jurnalistlər! Sizə həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrinə xidmətdə keçirən və xidmətinin 80 faizini cəbhə bölgəsində olan oğlum Rəşid Nəbi oğlu Məmmədovun düçar olduğu ağır xəstəliyinə kömək məqsədilə müraciət etmək qərarına gəldim. Bir ana olaraq səsimin eşidilməsinə, ölkə prezidentinə, bu işə aidiyyatı olan qurumlara çatdırılmasına kömək etməyinizi xahiş edirəm”.
Bu sözlər səhhətində yaranmış problemlərlə bağlı ağır vəziyyətdə ölüm döşəyində yatan 40 yaşlı mayor Rəşid Məmmədovun ölkə jurnalistlərinə ünvanladığı məktubdandır.
Göygöl rayonunda yaşayan mayor Rəşid Məmmədovun anası Səriyyə Məmmədova yazır:

Hərbçinin anası yazır: “Bəs biz neyləyək? Mən yox, siz deyin! Ağrıların şiddətindən bir dəqiqə belə gözünü yuma bilməyən, gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözüm?
Hörmətli jurnalistlər, ümid edirəm ki, bu məsələyə həssaslıq göstərəcək, himayəsində 7 yaşlı balası olan oğlum Rəşidin sağalması üçün, bir ana olaraq fəryadıma, ah-naləmə müsbət cavab verilməsi üçün köməyinizi əsirgəməyəcəksiniz”.
Redaksiyadan: Biz Vətənin başının üstünü almış qara buludların sıxlaşdığı, vətənə hər dəqiqə döyüşən oğulların lazım olduğu bir vaxtda mayor Məmmədovun anasının məktubun dərc edir və ümid bəslədiyimizi bildiririk ki, müvafiq strukturlar bu məsələni nəzarətdə saxlayaraq, nəsə bir əncam çəkəcəklər. /musavat.com


Şərhlər