Menu

BMT məhkəməsi ABŞ sanksiyalarını ləğv edib! - İrana qarşı...

04.10.2018, 08:58
BMT məhkəməsi ABŞ sanksiyalarını ləğv edib!  - İrana qarşı...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq məhkəməsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana yönəlik sanksiyaları üzrə bu ölkənin iddiasını qismən təmin edib. Sanksiyalar Vaşinqtonun «nüvə sazişi»ndən birtərəfli qaydada çıxmasından sonra bərpa olunub.

Məhkəmənin ilkin qərarına əsasən, ABŞ-ın bu istiqamətdəki fəaliyyəti dostluq, iqtisadi əlaqələr və konsul hüquqları barədəki qaydaları pozur.

BMT ABŞ-ı sanksiyaları götürməyə, münaqişəni diplomatik yolla həll etməyə və vəziyyəti mürəkkəbləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Qərarda deyilir ki, 1955-ci ildə «dostluq haqqında» bağlanmış Müqavilənin tələblərinə uyğun olaraq, ABŞ 8 may 2019-ci ildən meydana çıxmış «bütün maneələri aradan qaldırmalıdır».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol