Təxminən bir ay əvvəl saytımızda Rusiya vətəndaşı Aqapova Karine Mixaylovnanın Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyeva, DİN başçısı Ramil Usubov və digərlərinə ünvanlanmış məkrubu dərc olunmuşdu.
Məktubunda K.Aqapova Bakıda azərbaycanlı həyat yoldaşının yaxın qohumu tərəfindən aldadılaraq, 1 milyon dollar pulunun mənimsənildiyini iddia edirdi.
"Mən, həm Rusiya vətəndaşıyam, həm də Azərbaycan. Həyat yoldaşım Əliyev Ələddin Kamil oğlu oğlu ilə neçə illərdir ki, Abşeronda bağ evi almaq arzusunda idik. Bu məqsədlə Moskva vilayətində bizə məxsus olan torpaq sahəsini 33.700.000 rubla, yəni 1 milyon ABŞ dollarına satmalı olduq.
Həyat yoldaşımın yaxın qohumu Əliyev Nəcəf Alim oğlu bütün bunlardan məlumat əldə edən kimi dərhal bizimlə görüşərək, bağ evi yox, gəlirli iş sayılan aptek almağı məsləhət bildi və bu işdə bizə yaxından köməklik edəcəyini öhdəsinə götürərək, 1 milyon dollarımızın ona etibar edilməsini xahiş etdi. Biz, ona inanaraq, 2012-ci ilin dekabr ayının 13-də yazılı iltizamnamə almaqla, əlimizdə olan 1 milyon dolları son qəpiyinədək ona verdik.
Elə həmin vaxtdan bu günə qədər o, nə pulumuzu qaytarır, nə də obyektimizi verir. Görünən budur ki, bu dələduz yüksək dairələrdə kiminsə çətiri altındadır”- deyə şikayət məktubunda bildirirdi.
Bu şikayətlə bağlı həmin vaxt Nəcəf Əliyevin mövqeyini öyrənməyə çalışsaq da, o zənglərimizə cavab verməmişdi. Ancaq dünən saytımıza müraciət edərək, K.Aqapovanın haqqında səsləndirdiyi iddiaların yalan olduğunu bildirib. Onun mövqeyini də hər hansı şərh vermədən dərc edirik:
"Bildirirəm ki, Rusiya vətəndaşı Aqapova Karine Mixaylovna sizin sayta müraciət edərək, guya onun 1 (bir) milyon ABŞ dolları pulunu ələ keçirməyimi ictimailəşdirmişdir. Bununla bağlı qeyd edirəm ki, Karine Mixaylovnanın dedikləri tamamilə əsassız olmuşdur. Onun dediklərinin əsassız olması istintaq orqanı tərəfindən aparılmış araşdırma ilə də öz təstiqini tapmışdır. Karine Mixaylovnaya sual olunur ki, ölkə ərazisinə Rusiya Federasiyasından bir milyon ABŞ dolları pulu necə və hansı yolla keçirtmisiniz? Dövlət Gömrük orqanlarına həmin pulu bəyan etmisinizmi?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi qaçaqmalçılıq cinayəti hesab edilməklə 5 il müddətinə azadlıqdan mərhumetmə cəzası ilə cəzalandırılmalıdır.
Mən bu məsələləri araşdırılması üçün Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarına da yaxın günlərdə müraciət ünvanlayacağam. Hesab edirəm ki, Karine Mixaylovnanın Sizə müraciət etməsinin, bu məsələni ictimailəşdirməsinin səbəbi istintaq orqanının qanuni, əsaslı qərarına qanunsuz müdaxilə və təsirdən ibarətdir".
AzPolitika.info


Şərhlər
Ciddi işə oxşamır. 1 milyon pul sizə zarafat gəlməsin.Boş boş sözlərdir. Elə şey olsaydı çoxdan qarşısı alınardı. Karine nağıl danışır
EWWI BU KARIHE ....ERI BIZLERDENDI.MEN EMINEM KI,ONLAR AZERBAYCANDAN CIXANDA COXLU PULLA CIXIBLAR...OQRUYA HALALDI.NECEF KIWI INKIWAF ELE OZUNCUN....KEYF ELE.....
Omer,pulun halal olmasını dəqiq bilirsən?
Mənə elə gəlir ki, Karine düz danışmır.Bizim vətəndaşa qara yaxır.kim kimin pulunu yeyə bilər? Kim haqlıdır o da qalıb gəlsin
Hansı rus Moskvada evini satıb Bakıda bağ evi alar?məlikməmmədin nağılına oxşayır
Karine həm Rusiya,həm də Azərbaycan vətəndaşıdır? Deyəsən qanunları yaxşı bilmir bu qadın
Karine deyəsən ..... Çünki o evini Moskvada satıb, pulunu burda almağı uydurmağı yadından çıxardıb.Hər bir halda hüqüq mühafizə orqanları bu işlə araşdırma aparsalar yaxşıdır
Necef qardaw dolaisi ile ogrudan ogruya halaldi deyir..amma qetiyyen bele deyil..nece kecirmesinden asili olmayarq ,o pul onun halal puludur..onu xeyir duasi olmadan kim o pulu yeyibse onun ve ya evladlarinin gozunden geler,,,mence
nəcəf əliyev kontr-hücuma keçməklə pulları mənimsədiyini təsdiq edir.2-cisi isə karine moskvadakı evini azərbaycanlıya satıb pulunu da azərbaycanda ala bilərdi.Burcutmaq lazım deyil.