Menu

Bakıda maşınlar saatda 6 km sürətlə hərəkət edir - Tıxaca görə

05.10.2018, 10:12
Bakıda maşınlar saatda 6 km sürətlə hərəkət edir - Tıxaca görə

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Trend-in məlumatına görə, bu dəqiqələrdə Moskva prospektindən mərkəzə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 6 km sürətlə hərəkət edir.

O cümlədən Tbilisi prospekti - Şəfayət Mehdiyev ilə kəsişməsi istiqamətində, Azadlıq prospekti - Karl Marks dairəsi istiqamətində, Səməd Vurğun küçəsi - Zorge parkı istiqamətində, Afiyəddin Cəlilov - Yusif Səfərov ilə kəsişməsi istiqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol