«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın eks-kansleri Herhard Şryöder Cənubi Koreyadan olan 49 yaşlı tərcüməçi qadınla evlənib.
KİV-in yazdığına görə, qapalı mərasim Berlinin mərkəzində yerləşən dəbdəbəli oteldə baş tutub.
Toyda Almaniya Federativ Respublikasının (AFR) prezidenti Frank-Valter Ştaynmayer arvadı ilə birlikdə, sabiq xarici işlər naziri Ziqmar Qabriyel, «Scorpions» qrupunun vokalisti Klaus Mayne və digər tanınmış şəxslər iştirak ediblər.
Şryöder və Kim So En formal olaraq hələ mayın 2-də kəbinə giriblər, amma toy mərasimi oktyabrın 5-də baş tutub.
74 yaşlı siyasəti üçün bu kəbin beşincidir.


Şərhlər
Kebin yox, nikah... Kebin müselman qaydalarına aiddir..