Menu

Ermənistanda keçmiş deputat güllələndi - Restoranda

07.10.2018, 11:59
Ermənistanda keçmiş deputat güllələndi - Restoranda

Ermənistan parlamentinin keçmiş deputatı Karo Karapetyan İrəvan restoranlarından birində mübahisə zamanı güllələnib.

Report “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan deyib.

“İlkin məlumatlara görə, İrəvandakı restoranlardan birində düşən mübahisə zamanı atəş açılıb, nəticədə parlamentin sabiq deputatı Karo Karapetyan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər öldüyünü qeydə alıblar”, – deyə Truzyan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol