Menu

NATO-nun Litvada keçirilən təlimlərində alman hərbçi ölüb

07.10.2018, 21:31
NATO-nun Litvada keçirilən təlimlərində alman hərbçi ölüb

Ötən gün NATO-nun Litvanın Pabrade şəhər poliqonunda keçirilən təlimləri zamanı qurumun toplu batalyonunun alman hərbçisi həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bədbəxt hadisə hərbçinin idarə etdiyi zirehli nəqliyyat vasitəsinin ağacla toqquşması nəticəsində baş verib", — deyə nazirliyin saytına yerləşdirilən məlumatda bildirilir.

Almaniyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol