Menu

Nyu-Yorkda limuzinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

07.10.2018, 23:05
Nyu-Yorkda limuzinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

Amerikanın Nyu-York ştatında limuzinin iştirakı ilə baş vermiş yol qəzasında 20 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə ştat polisinə istinadən ABC telekanalı məlumat yayıb.

Hadisə oktyabrın 6-sı günorta radələrində Skohari dairəsində qeydə alınıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (NTSB) məlumatına görə, qəzada digər avtomobillər də iştirak edib.

Hazırda insidentlə bağlı polis və NTSB tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol