Menu

"Bu rayonlarda 1 nəfər işsiz var" xəbərinə RƏSMİ MÜNASİBƏT

08.10.2018, 12:31
"Bu rayonlarda 1 nəfər işsiz var" xəbərinə RƏSMİ MÜNASİBƏT

"Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub".

Bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.

O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var".

Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.

Siyahını təqdim edirik:

Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı

Tovuz rayonu üzrə 230

Goranboy rayonu üzrə 174

Ağstafa rayonu üzrə 151

Daşkəsən rayonu üzrə 3

Balakən rayonu üzrə 181

Qəbələ rayonu üzrə 127

Astara rayonu üzrə 92

Qusar rayonu üzrə 95

Beyləqan rayonu üzrə 170

Ağcabədi rayonu üzrə 313

İşsizlikdən sığorta ödənişi alanların sayı

Tovuz rayonu üzrə 6

Goranboy rayonu üzrə 4

Ağstafa rayonu üzrə 3

Daşkəsən rayonu üzrə ----

Balakən rayonu üzrə 3

Qəbələ rayonu üzrə 3

Astara rayonu üzrə 1

Qusar rayonu üzrə 1

Beyləqan rayonu üzrə 1

Ağcabədi rayonu üzrə 1

Şərhlər

Müəllim 2018-10-08 12:31:24

Dəqiqləşdirilməmiş rəqəmlərin Dövlət idarəsindən yayılması bəzi qurumların yalanla baş girləməsinə,dünyaya yalanın yayılmasına səbəb olduğu bəlli olduğu halda( hətta prezidentə də dəqiq olmayan,yalan məlumatların verilməsinə səbəb olur)məsuliyyətsiz rəqəmlər ortada məqsədli şəkildə gəzdirilir.ÖLkədə işsizliyin tüğyan etdiyi halda 15-20 ildir dəyişmədən cəmi 5 faiz söylənilir ki. bu da təxminən 8-10 dəfə az göstəricidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol