Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Türkiyədə işgüzar səfərdədir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə parlamentinin mətbuat xidməti yayıb.
O, Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edir.
E.Şarmazanovun forumda məruzə ilə çıxış edəcəyi və bir sıra dövlətlərin parlament başçıları ilə görüşü gözlənilir.
Qeyd edək ki, E.Şarmazanov keçmiş hakiim Respublikaçılar Partiyasından deputatdır.


Şərhlər