Menu

Çinin yüksək vəzifəli şəxsi İsrailə səfər edəcək - Son 18 ildə ilk dəfə

08.10.2018, 14:44
Çinin yüksək vəzifəli şəxsi İsrailə səfər edəcək - Son 18 ildə ilk dəfə

Çin Xalq Respublikası sədrinin müavini Van Tsişanın başçılığı ilə dövlət məmurları və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti okyabrın 22-də İsrailə səfər edəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, V.Tsişan son 18 ildə İsrailə səfər edəcək ən yüksək vəzifəli Çin rəsmisidir. Sonuncu dəfə 2000-ci ildə Çin Xalq Respublikasının sədri Tszyan Tszemin İsrildə səfərdə olub.

Çinin nümayəndə heyəti İsrailə 4-cü İsrail-Çin innovasiya konfransı çərçivəsində səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol