Menu

"ARB:24" yayımını bərpa etdi

08.10.2018, 17:00
"ARB:24" yayımını bərpa etdi

Bu gündən etibarən "ARB24" televiziyasının yayımı bərpa edilib.

Unikal.org-a daxil olan məlumata görə, ARB:24-ün Tovuzda yerləşən mərkəzi binası və texniki avadanlıqları Bakıya köçürülüb.İxtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, bir müddət öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol