Menu

Kanadada neft emalı zavodunda partlayış baş verib

08.10.2018, 19:52
Kanadada neft emalı zavodunda partlayış baş verib

Kanadanın Sent-Con şəhərində neft emalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra müəssisədə yanğın başlayıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər cəlb edilib.

Həmin zavodda gün ərzində 300 min ton barel neft məhsulları istehsal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol