Menu

Türkiyə aviasiyası daha 9 PKK-çını məhv etdi

08.10.2018, 20:54
Türkiyə aviasiyası daha 9 PKK-çını məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında apardığı anti-terror əməliyyatları nəticəsində 7-8 oktyabr tarixlərində PKK terror qruplaşmasının 9 üzvü məhv edilib.Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.

“7-8 oktyabrda İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində bizim hərbi bazalarımıza hücuma hazırlaşan PKK separatçı terror təşkilatının 9 üzvü zərərsizləşdirilib”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Türkiyə 2015-ci ilin iyulundan PKK-ya qarşı başlatdığı anti-terror əməliyyatlarında bu qruplaşmanın ümumilikdə 10 mindən çox silahlısını məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol