Menu

Azərbaycan Ordusu daha iki əsgərini itirdi - Yenilənib

05.08.2014, 09:12

Esger avtomat 020412

Müdafiə Nazirliyi əsgərlərin bədbəxt hadisə nəticəsində öldüyünü bildirib

Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

 APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb

***

Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimiz həlak olub.

Bu barədə əsgərin yaxınları məlumat verib. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.

Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyiti bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol