Dünən İstanbulda saxlanılmış "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.
***

Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olub ki, Azərbaycan tərəfinin belə bir tələbi yoxdur, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib. Həm də o, Azərbaycan vətəndaşı deyil.
"Lotu Quli"nin Gürcüstana və Rusiyaya ekstradisiya edilməsi barədə ehtimallar da öz təsdiqini tapmır. Musavat.com İstanbuldakı mənbəyə istinadla xəbər verir ki, barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah N.Səlifov azadlğa buraxılacaq və Türkiyədə yaşamaqda davam edəcək.
***
“Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov İstanbulda polis tərəfindən saxlanılıb.
Bu barədə Türkiyənin “Milliyyet” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat həyata keçirərək "qanuni oğrunu" saxlayıblar və o, polis idarəsinə gətirilərək sorğuya alınıb.


Şərhlər
Kime maraqlidir bu lotu- potular? Bunlarin neyini reklam edirsiniz?