Menu

Arxaya hərəkət edən yük maşını piyadanı vurub öldürdü

09.10.2018, 09:56
Arxaya hərəkət edən yük maşını piyadanı vurub öldürdü

Bakı-Quba yolunda yük maşını piyadanı vurub.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 50-ci kiliometrliyində, Sumqayıt şəhəri ərazisindən keçən hissəsində baş verib.

Yolun təmir hissəsində təmir işləri apararkən 1979-cu il təvəllüdlü Kəlbəcər rayonu Otaxlı kənd sakini Xanlarov Etibar Kamran oğlu idarə etdiyi "Shacman" markalı yük maşını ilə arxaya doğru hərəkət edərkən piyada 1974-cü il təvəllüdlü Laçın rayon sakini Mustafayev Məzahir Azoy oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

azər 2018-10-09 09:56:52

bu təkərli tabutlar olan çin yük maşınlarının ölkəyə idxalına, dövriyəsinə və istismarına icazə və rəvac verənlər xalqın qənimi, düşmənidirlər, buna şübhə yoxdur..kiçik bir araşdırma aparın onlar barədə özünüz də buna əmin olarsız..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol