Menu

Dağıstanda hərbi təlimlər zamanı ZTR batıb - Ölənlər var

09.10.2018, 12:20
Dağıstanda hərbi təlimlər zamanı ZTR batıb - Ölənlər var

Dağıstanda keçirilən hərbi təlimlər zamanı 2 nəfər ölüb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

İlkin məlumatlara görə, dünən Dağıstanda Xəzər dənizində keçirilən hərbi təlimlərdə zirehli transportyor (ZTR) batıb. Əldə olunan məlumatlara görə, 2 hərbçi ölüb.

Ölənlərdən birinin meyiti tapılıb, ikincinin axtarış davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol