Menu

İstanbulda itkin düşən jurnalistlə bağlı 7 şübhəli müəyyənləşib

09.10.2018, 17:47
İstanbulda itkin düşən jurnalistlə bağlı 7 şübhəli müəyyənləşib

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binası qarşısında qoyulan iki kamera Camal Qaşıqçının itkin düşməsi ilə bağlı 7 şübhəlini təsbit edib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, jurnalistin itkin düşməsi ilə əlaqədar 150 kameradakı videoyazı araşdırılıb.

Qeyd edək ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında itkin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol