Menu

Bakıda restoranda yanğın olub - FOTO

10.10.2018, 15:12
Bakıda restoranda yanğın olub - FOTO

Bakının Yasamal rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, "Qoç ət" restoranında qeydə alınıb.

Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Xəsarət alan yoxdur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol