Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlanıb.
"Report"un əldə etdiyi məlumata görə, o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.
Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.


Şərhlər
Hamıdan çox prokurorlar əmək haqqı alır. Bu nə deməkdir axı, prokurorluq niyə bu günə salındı, niyə rüşvət alırlar İsmayıllıda prokuror yüz min rüşvət alır, o birisi nə bilim nə alır, bu birisiu dələduzluq edir, indi də nədir axı bu bunları dəyişmək lazımdır