Menu

Trampın qızı atasının vəzifə təklifini rədd etdi

10.10.2018, 20:46
Trampın qızı atasının vəzifə təklifini rədd etdi

ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Vaşinqtonun BMT-dəki daimi nümayəndəsi olmaqdan imtina edib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xanım Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Nikki Heylinin istefasından sonra atası-ABŞ Prezidenti Tramp bu vəzifəyə ən mükəmməl namizəd kimi onu göstərib.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli vəzifəsindən istefa verib.

Prezident onun Ağ Evə gətiriləcəyini istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol