Menu

Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq

11.10.2018, 11:27
Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq

"Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycan açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Şərhlər

t.ədalət 2018-10-11 11:27:54

Rusiya ermənistanda Azərbaycanı məhv etmək üçün yeni-yeni silahlarla təchiz edilmiş hərbi bazalar açır,Bakıda da gələcəyin casuslarını yetişdirən məktəb filalları yaradır.Gözümüz görə-görə gələcəkdə müstəqilliyimizə təhlükə yarada biləcək oyunlara qoşuluruq.Rusiyanın özünün dünya elmindən uzaqda qaldığını götürsək,həmin filalların ziyandan başqa bizlərə heç bir fayda verməyəcəyi gün kimi aydındır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol