Menu

Azərbaycan nefti ucuzlaşıb

12.10.2018, 01:03
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 85,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,35 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 84,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 10-da 81,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 10-da 83,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol