Menu

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

12.10.2018, 10:35
ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.

“Report” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.

Qeyd edək ki, ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol