Menu

Nemət Pənahlıya 30 sutka həbs cəzası verilib

13.10.2018, 09:30
Nemət Pənahlıya 30 sutka həbs cəzası verilib

Milli azadlıq hərəkatçısı Nemət Pənahlı dünən Nəsimi polisi tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alıb.

"AzPolitika"nın məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib. O, gecə saatlarında bununla bağlı "Facebook"da yazıb:

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olunduğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə görə həbs olunub".

Şərhlər

məmmədqulu 2018-10-13 09:30:16

Yənə nə quş buraxıbsa, aparacaqlar ona dərs verməyə. Bu elə bilirki Azadlıq meydanında Hərəkatın önündə gedən idi. Yazıq anlamır ki, o özü də orada adi peşka idi!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol