İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞLARI DÖYDÜ – VİDEO

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb. Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zaynalovun hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.

Qeyd edək ki, M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı M.Zeynalovun özü ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, o, zənglərimizə cavab vermədi.

]

635x100

Şərhlər

samir 2018-10-14 16:52:00

bes dejirdin olecek

ayzek 2018-10-14 16:52:00

Deyəsən Mişanın da qulağının dalı geyişir.

AMEA 2018-10-14 16:52:00

inaninki mikayil rusvet alan eli olmaadigna gore elmar veliyev onu birinci muavinlikden cixarib teserufat uzre muavin qoyub

AMEA 2018-10-14 16:52:00

Vallahi bilahhi bu ag yalan olar inandirici deyilki mikayil kimese el qaldira...bununcun qurulan teledir

Son yazılar