Menu

Rusiya səfiri və Ohanyan cəbhədəki vəziyyəti müzakirə ediblər

05.08.2014, 18:14
Rusiya səfiri və Ohanyan cəbhədəki vəziyyəti müzakirə ediblər

Tərəflər münaqişənin sülh yolu ilə həlli yollarının axtarışının davam etdirilməsinin vacibliyini vurğulayıblar

Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin bu ölkənin müdafiə naziri Seyran Ohanyanla görüşüb.

APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, görüşün nəticələrinə dair yayılan açıqlamada bildirilir ki, nazir və Rusiya səfiri təmas xəttində gərginliyin artmasından narahatlıqlarını ifadə edərək vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər.

Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli yollarının axtarışının davam etdirilməsinin vacibliyini vurğulayıblar. Rusiya səfiri ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol