«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri - Pentaqonun başçısı Ceyms Mettis postundan gedə bilər.
«Mümkündür ki, o, getsin. Mən hesab edirəm ki, əgər həqiqəti bilmək istyirsinizsə, Mettis mahiyyət etibarilə, özünəməxsus demokratdır» - deyə, ABŞ prezidenti «CBS» telekanalına verdiyi müsahibədə bildirib.
Tramp əlavə edib ki, onun sərəncamında «gözləmə rejimində fenomenal insanlar var ki, administrasiyaya gələcəklər». O, «Ağ Evdə xaos yaşanır» - deyə, düşünməməyə çağırıb.
Dövlət başçısı işarə vurub ki, istefa barədə nazir özü xahiş edəcək. «Biz, iki gün bundan əvvəl Mettislə nahar etdik, amma hansısa bir anda hamısı gedir. Burası Vaşinqtondur» - deyə, Tramp izah edib.
Məlum olduğu kimi, bundan əvvəl Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heylini işdən azad edib. Xəbər verilir ki, dövlət başçısı Heylini istisnasız olaraq, qadınlar arasından seçiləcək şəxslə əvəzləyəcək.


Şərhlər