Menu

"Ermənistan rəhbərliyi rəsmən terrorçu elan edilməlidir" -BƏYANAT

05.08.2014, 18:47
"Ermənistan rəhbərliyi rəsmən terrorçu elan edilməlidir" -BƏYANAT

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması ilə bağlı bəyanat yayıb. "AzPolitika.info" saytına daxil olan bəyanatda deyilir:

"Ermənistan Respublikasının Silhalı Qüvvələrinin atəşkəs rejimini pozması rəsmi Yerevanın işğalçılıq siyasətinə sadiq qaldığını nümayiş etdirdi. Son 3 ildə Ermənistanın atəşkəs rejimini pozması xronikası göstərir ki, rəsmi Yerevan Qarabağ nizamlanması müstəvisində aparılan danışıqların həlledici mərhələlərində təmas xəttində təxribatlar törətməklə sülh təşəbbüslərinin uğurla nəticələnməsinin qarşısının alınması siyasətini yeridir.

Son günlər Ermənistan ordusu tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə çox saylı insan tələfatı ilə nəticələnən bir neçə istiqamətdə hücumların edilməsi növbəti dəfə rəsmi Yerevanın var gücü ilə, bütün mümkün vasitələrlə sülh təşəbbüslərinin müharibə çağrışları və ritorikası ilə əvəzlənməsinə, tərəflər arasında inam və etimadın yaradılması ilə bağlı addımların uğursuzluğa düçar olmasına çalışdığını göstərdi.

Rəsmi Yerevanın bu siyasəti nəticəsində hər iki tərəfdə sülh təşəbbüslərinə inam azalmaqdadır və əksinə qarşıdurmanın artmasına çalışan qüvvələrin mövqeləri güclənməkdədir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, müharibə əhval-ruhiyyəsinin güclənməsinin məsuliyyəti bütünlükdə Ermənistanın indiki rəhbərliyinin üzərinə düşür.

Eyni zamanda beynəlxalq birlik tərəfindən Ermənistanın dinc nizamlama siyasətinə sadiq qalması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) saylı qətaməsinə və digər beynəlxalq təşkilatların Qarabağ nizamlanması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə əməl etməsi üçün rəsmi Yerevana qarşı sanksiyalar tətbiq olunması məsələsi gündəliyə gətirilməlidir. Beynəlxalq təşkilatlar, BMT, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT, ATƏT Parlament Assambleyası Ukrayna timsalında olduğu kimi qətiyyətli olmalı, belə həssas məqamda nəhayət ki, ikili standartlar siyasətini arxa plana keçirərək, sülh maraqlarını əsas tutaraq öz məsuliyyətsiz siyasəti ilə çoxsaylı insan tələfatına rəvac verən, Qarabağ nizamlanması ilə bağlı diplomatik təşəbbüslərin nəticəsiz qalmasına nail olan Ermənistan rəhbərliyinə, qondarma “Dağlıq Qarabağ Respublikasının” da “rəsmilərinə” sanksiaylar tətbiq olunmalı, onlar rəsmən terrorçu elan edilməlidir.

Beynəlxalq təşkilatlar, beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ, Avropa Birliyi ölkələrinin vətəndaş cəmiyyəti Ermənistan rəhbərliyinin provakativ addımları nəticəsində çox saylı insanların həlak olması faktına laqeyd yanaşmamalı, gələcəkdə bu cür hadisələrin təkrarlanması üçün rəsmi Yerevanın məsuliyyəti məsələsini gündəliyə gətirməlidirlər.

Azərbaycan vətəndaş cəmiyyəti adından beynəlxalq birliyi, beynəlxalq hüquq müdafiə təşkilatlarını, beynəlxaq vasitəçiləri işğalçı Ermənistan Respublikasına qarşı sanksiyalar məsələsini gündəliyə gətirməyə, rəsmi Yerevana beynəlxaq birliyin sülh təşəbbüslərini dəstəklədiyini qətiyyətli şəkildə müdafiə etməsi ilə bağlı açıq mesaj verməyə çağırırıq".

Qeyd edək ki, bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

1. «Konstitusiya» Araşdırmalar Fondu - Əliməmməd Nuriyеv

2. Şəffaflıq Azərbaycan(Transparency Azerbaijan)-Rəna Səfərəliyеva

3. Gənc Hüquqşunaslar Birliyi- Elmari Məmişov

4. Korrupsiyaya qarşı mübarizə Fondu-Axundov Namik

5. Avrasiya Hüquqşünaslar Assosasiyası- Nadir Adilov

6. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası-Məmməd Musayev

7. Tacilər və Istehsalçılar Birliyi - Sеvgim Rəhmənov

8. Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondu- Sabit Bağırov

9. Effektiv Təşəbbüslər Mərkəzi- Xanlar Məmmədov

10. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası-Sahib Məmmədov

11. Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası-Asif Ismayılov

12. Hüquq və Inkişaf Ictimai Birlyi - Hafiz Həsənov

13. Müasir Тəhsil və Тədrisə Yardım Mərkəzi -Elmina Kazımzadə

14. «Dеmokratiyanı Öyrənmə» Icтimai Birliyi - Mirəli Hüsеynov

15. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı - Mirvari Qəhrəmanlı

16. “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi-Elnur Nəsibov

17. “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB

18. "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB - Anar Bağırov

19. “Media və Mülki Cəmiyyət” İctimai Birliyi- Xanoğlan Əhmədov

20. “Hüquqi Yradım” İctimai Birliyi-İlqar Qasımov

21. “ProDemos” İctimai Birliyi -Abbasov Ceyhun

22. .İqtisadi və Sosial İnkişaf Mərkəzi- Vüqar Bayramov

23. “Ümüd” İctimai Birliyi -Hikmət Ağayev

24. Prioritet Sosial İqtisadi Arraşdırmalar Mərkəzi- Elçin Rəşidov

25. «Rezonans” Gənclər İctimai Birliyi- Gültəkin Ramazanova

26. Hüquqi Düşüncə İctimai Birliyinin - Samir İsayev

27. Güzəran Sosial Araşdırmalar İB -Qadir İbrahimli

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol