Menu

Kamran Əliyev, İlqar Abbasov və Əli Nağıyevə ali xüsusi rütbələr verildi - SİYAHI

05.08.2014, 18:41

eliyev serenc3495654g7568_1402927020Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Bayram oğlu Əliyevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Abbasov İlqar Rza oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Nağıyev Əli Nağı oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol