Menu

Qaxda yol tikintisinə 15,1 milyon manat ayırılıb

16.10.2018, 18:19

Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol