Menu

"Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir" - Dmitri Peskov

17.10.2018, 16:13
"Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir" - Dmitri Peskov

Ukraynanın işğal olunmuş Krım bölgəsinin Kerç şəhərində baş vermiş partlayışın əsas səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı Vladimir Putinə Milli Antiterror Komitəsindən binada naməlum cihazın partlaması barədə məlumat verilib.

Qeyd edək ki, bu gün Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. Nəticədə ilkin məlumatlara görə, təxminən, 10 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol