MEHRİBAN XANLAROVANIN TAMAŞAÇIYA ATDIĞI TƏPİK - "Azəri Vandam" hara, efir hara? - VİDEO

Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.

Bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.

Sosial şəbəkələrdə bir az yüngüllük, loru dildə desək, bambıllıq etmək bunun üçün kifayətdir.

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.

Məsələn, indi ciy-ciy səsi ilə efirlərdə şivən salan Bayram Nurlu kimi… Oğurluq etməkdə təqsirləndirilən, yalnız işlətdiyi bir cümlə az qala fenomenə çevrilən “Fəhlələrüyüy”ün “qəhrəmanı” kimi… İndi isə növbə düşük-düşük hərəkətlər edən, ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan “Azəri Vandam”ındır.

Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

Budur, sizə təqdim etdiyimiz kadlar oktyabrın 17-də efirə gedən “Canım sizə desin” verilişindədir. Əməkdar artist Mehriban Xanlarova “Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi “Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı… Yazıqlar olsun! (Yenicag.az)

635x100

Şərhlər

Məmməd 2018-10-18 10:33:18

Deəsən Vandamın burnunda artıq "ət" var.Danışanda sanki burnunda danışır.

Sedaqet 2018-10-18 10:33:18

Bunun boyuyu var Zeyneb Xa larova. Niye numu cekib otuzdurub basha daəmir ki adam kimo ol ay Mehriban . Axi bunlar bir soyad dashoyir. Heyif Zeyneb Xanlarovanin soyadindan olana bax. Edebli bir bibin var butun dunyaya Azerbaycani tanidan Zeyneb x var. utan!!!!

G.M 2018-10-18 10:33:18

Azərbaycan tamaşaçısı haqlı olaraq aşağılanır,lağa qoyulur.Çünki evində çörəyi olmayanları efirlərdə zaurlara,əl çalan,xoşqədəmləri ağlayan gördükcə...onların Xəzər tolik səviyəsində,mehriban əxlaqında qarşılanması təbii sayılmalıdır.Necə ola bilər ki,övladının,ailəsinin ac qalmasının fərqində olmayanların şoulara axnaşması müsbət qarşılansın.Əsla,ola bilməz.Bu tip adamlar,mehriban səviyəli verilişlərdə araya qoyulmalıdır.Və qoyulur.Atılan təpik Azərbaycanın mədəni irsinə,azərbaycanlının mənəviyatına atılır

yusif 2018-10-18 10:33:18

ay qardaslar bu bu cox istedadsiz adamdir-onun qabiliyyeti ancaq buna catir. men ve tanidiqim adamlar onu gorende bizi allergiya tutur. onu tv-ye buraxan da onun seviyyesindedir.

Mirzə AĞ 2018-10-18 10:33:18

Bu, təpik yox, "şıllaq"dır!!!

Son yazılar