Menu

“Polisə Dəstək” İB-nin sədri nazirə təbrik ünvanlayıb

18.10.2018, 14:25
“Polisə Dəstək” İB-nin sədri nazirə təbrik ünvanlayıb

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Azərbaycan Dövlət Müstəqilliyinin 27-ci ildönümü münasibəti ilə daxili işlər naziri Ramil Usubova təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli nazir!

Azərbaycan Dövlət Müstəqilliyinin 27-ci ildönümü münasibəti ilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!

Sizə, kollegiyanın hər bir üzvünə, bütün şərəfli xidmət sahiblərinə ölkədə dövlətin ən mühüm yaşam elementi olan sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunub təmin edilməsi missiyasında uğurlar arzulayıram. Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və həyata keçirilməsi fəaliyyətində sağlam həyat diləyirəm.

Tanrı Sizi qorusun!

Səmimi istəklə

“Polisə Dəstək” İB-nin sədri: Şəmsəddin Əliyev"

Şərhlər

ayzek 2018-10-18 14:25:51

Polisə İctimai Dəstəkçilər Azərbaycan Respublikasının Asayiş Sevərləridir.Eşq olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol