Menu

Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

18.10.2018, 14:33
Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol