Menu

Axşam saatlarında hava şəraiti dəyişkən buludlu olacaq

18.10.2018, 15:23
Axşam saatlarında hava şəraiti dəyişkən buludlu olacaq

Oktyabrın 18-i axşam saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu 16-19 dərəcə isti təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol