Menu

Yeni investisiya şirkəti yaradılıb

19.10.2018, 11:35
Yeni investisiya şirkəti yaradılıb

Vergilər Nazirliyi "Reg Investments" şirkətini qeydiyyatdan keçirib. Şirkətin nümayəndəsinin sözlərinə görə, o, investisiya fəaliyyəti ilə məşğul olacaq.

Şirkət sentyabrın 20-də dövlət qeydiyyatdan keçib. Şirkətin direktoru Vadim Şneyerin sözlərinə görə , təsisçilər investisiya fəaliyyətinin konkret sahələrinə dair qərara gəlməyiblər.

Şirkətin direktoru təsdiq edib ki, "Reg Investments" MMC-nin təsisçiləri arasında "Agro-Vest" şirkətlər qrupuna aid şəxslər var. Lakin, o, konkret adları çəkməkdən imtina edib. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol