Menu

İsrail səfiri Naxçıvana səfər edib

19.10.2018, 16:43
İsrail səfiri Naxçıvana səfər edib

İsrailin Azərbaycandakı səfiri Dan Stav nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfər çərçivəsində D.Stav Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslərlə görüşüb.

Qeyd olunur ki, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, eləcə də Naxçıvanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən alternativ energetika və şəxsi biznes sahəsində əldə etdiyi uğurlar qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol