MONOPOLİYA UCUZ ARMATURU ÖLKƏYƏ BURAXMIR! - "Bakıda 780 dollardı, Gürcüstana 385 dollara satırıq"

Məlum olduğu kimi, keçmiş deputat, iş adamı Nazim Bəydəmirli İranda şirkət açıb. Azərbaycanda fəaliyyətinə imkan verilmədiyi üçün N.Bəydəmirli İranda armatur istehsalı ilə məşğul olmağa başlayıb. Ancaq indi də sabiq deputatın İranda istehsal etdiyi məhsulu ölkəyə buraxmırlar.

"AzPolitika.info"nun məlumatına görə, bu barədə N.Bəydəmirli öz "facebook" səhifəsində yazıb. O bildirib ki, "Baku Steel" şirkəti olkə daxilində özünün keyfiyyəti daha aşağı olan məhsulunu baha qiymətə satmaq üçün xaricdən Azərbaycana keyfiyyətli və ucuz məhsul daxil olmasına imkan vermir.

"Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, "Baku Steel" deyilən şirkət "metallom"dan hazırlanan malını daxili bazara 78O dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal... Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə..." - sabiq deputat "Facebook"da yazır.

N.Bəydəmirli daha sonra qeyd edib ki, xaricdən Azərbaycana hətta gömrük rüsumunu ödəməklə armatur buraxılarsa, bazarda "Baku Steel"-in malından daha ucuz qiymətə satılar: "Bizdə Gürcüstandan fərqli olaraq "monopolistə" xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və "Baku Steel"-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!"

Qeyd edək ki, bir neçə il əvvəl N.Bəydəmirlinin rəhbərlik etdiyi “Atahan Dəmir Sənaye” metallurgiya müəssisəsinin fəaliyyəti iflic olub. Belə ki, mətbuatda yayılan məlumata görə, müəssisəyə gələn üç nəfər hədə yolu ilə işi dayandırmağa məcbur ediblər. N.Bəydəmirli bildirmişdi ki, hücumçular Rasim Məmmədovun - “Baku Steel Company” MMC Müşahidə Şurası sədrinin “reket qrupunun” üzvləri olublar. Bu əməllər mətbuatda geniş əksini tapsa da, faktlar üzrə cinayət işləri açılmayıb. Bununla da “Baku Steel Company” inşaat armaturu və digər metal məhsulların istehsalında tam inhisar yaradıb.

Təəccüblü deyil ki, sabiq deputatın başına gətirilənlər hazırda armatur istehsalı ilə məşğul olan digər şirkətlərə qarşı da həyata keçirilir. Rasim Məmmədova yaxın bəzi media orqanlarında armatur istehsalı ilə məşğul olan müəssisələrin guya qeyri-leqal (?-red) fəaliyyət göstərdiyi, onların havanı çirkləndirdiyi, bağlanmasının zəruri olduğu bildirilib. Bundan az sonra isə həmin müəssisələrin bağlanılmasına başlanıb.

Sabiq deputat fəaliyyətini dayandırarkən bunun səbəbini belə izah etmişdi: "Günlərin bir günü ”Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov və ya ona oxşar birisi “qoçu dəstəsi” vasitəsi ilə istehsalımızı dayandıra bilər və dövlət onlara heç nə edə bilməz".

Doğrudanmı, Azərbaycanda kimlərsə öz maraqlarını reallaşdırmaq üçün "qoçu dəstələri" saxlaya, hətta bütün dövlət orqanlarını onun tələblərini yerinə yetirməyə məcbur edə bilir. İnanmaq çətindir, ancaq ortada olan faktlar belə "fövqəlgüclərin" olduğunu göstərir. 

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Nazim Bəydəmirli 2018-10-20 16:42:23

Mənim də təsisçisi olduğum "Atahan dəmir sənaye" MMC 2003-cü ildən, yəni mənim millət vəkili seçildiyimdən əvvəl istehsala başlayıb, standartlara uyğun mal istehsal edib, nizam intizamlı vergiödəyicisi olub. Ancaq fəaliyyəti 2012-ci ildən sonra zorla dayandırılıb, buna görə hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət olunub..indi də davam edir bu məhkəmələr.Millət vəkili olduğum illərdə də inhisarçılığa qarşı Milli Məclisdə və KİV-də kifayət qədər danışmışam, yazmışam və davam edirəm.

saxavat Mikayilov 2018-10-20 16:42:23

Cenab kechmish deputat Siz bilmirsinizmu bura Azerbaycandir ve Siz deputat olmusunuz Buranin oz qayda-qanunlari hokm surur Agrimayan bashinizi agritmayin, menimkimi canavari susdurdular, chalishin sakit dayanin Iranda yox qeyri olkelerde de olsanin Sizi susdurarlar Sakit-sesinizi chixarmayin....

hesabdar 2018-10-20 16:42:23

Azərbaуcan Bazarında Armaтurа тələbaт çoxdur! Amma, əhalinin alıcılıq qabiliууəтi hər тonu üçün 250 manaтı aşmır? Əksər Azərbaусanlı ailəsinin gəliri Gürcüsтan və Haуsтandan aşagıdır. Тəkcə son üç ildə alıcılıq qabiliууəтi(və уa уaşam səviууəsi) QIRX faiz aşagı düşüb.

Mail 2018-10-20 16:42:23

ÖLKƏNİ,SƏRVƏTİNİ,MİLYARDLARI,BÜTÜN İTİSADİYYATI BÜTÜN ÖLKƏNİ,MONOPOLİYA, KLANLAR ZƏBT EDİBLƏR.TALAYIRLAR,OĞURLAYIR,DAĞIDIR BAĞIŞLAYIRLAR. BİR KASIB MİLLƏTƏ HEÇ NƏ VERMƏYƏ ƏLLƏRİ GƏLMİR. ELƏ BİL Kİ, BAŞQA MİLLƏTDƏNDİRLƏR, YA BİZ BAŞQASIYIQ,BİZƏ HEÇ NƏ DÜŞMÜR.

Tahir-e Ruslandan 2018-10-20 16:42:23

Cunki Elynulla Rasimle dostdur, ona ...payi verir, onun xeyrine sifarishli meqaleler yazirlar indi de daha bir dene hazirlyirlar https://haqqin.az/analytics/139137 ki nazirler kabineti yeni qerarla olkeye idxal onunan demir ve polad mehsullarina yuxari rusumlar tetbiq elesinler

adam 2018-10-20 16:42:23

cenab eks deputat bu gun azerbaycanda buraxilan sex armaturlari ile hec ushaq oyuncagida istehsal etmek olmaz,armatur ve diger metallarin istehsali zamani koksdan istifade edilmelidir,mazutla ve tuneke eritmekle ancaq bir sheye nail olmaq olar ,o sexlerde qul kimi ishleyenlerin omrunu azaltmaq,buyurun o fehleleri oldurun balalarini yetim qoyun

Obyektiv-ə 2018-10-20 16:42:23

Sanki yenilik açdınız.Monopoliya Azərbaycanda 1994-cü ildən yaranmağa başladı və 1997-ci ildə bütün ticarət sistemini əhatə etdi.Burada ən yaramazı isə monopoliyaya dövlət dəstəyi oldu.Gömrüyə şifahi göstıəriş,vergiyə monopolistlərə güzəşt və bu kimi əməllər AZərbaycan ticarəətini bu hala gətirdi.Yuxarıdan guya sahibkarlara kömək edilir ( amma bu kömək əsasən monopolistlərə)şƏslində 500 min kömək ayrılırsa bunun 480 mini 2-3 monopolistə iri məbləğlərdə verilir,qalan qaloçka üçün də 30 xırda sahibkarlara .

DAVUD 2018-10-20 16:42:23

Nazim mlm çox yaxşi adamdir.MM də sahibkarları müdafiə edib.

Vətəndaş 2018-10-20 16:42:23

Məgər monopolist təkcə armaturanı buraxmır? Abdulla Gözəl (Azərsun ) ölkəyə ərzaq gətirməyi qadağan edib.Sahki olkənin Prezidenti budur.Azərbaycanı analoqu olmayan maraqlı məmləkətə çeviriblər. Gömrükşülər də Azersun dediklərini edir.Ona görə yağın,qəndin və digər ərzaq məhsullurının qiyməti yuxarı həddən düşmür.Sərbəst bazar Azərbaycanda bilərəkdən ləğv edilib.

Vətəndaş 2018-10-20 16:42:23

Məgər monopolist təkcə armaturanı buraxmır? Abdulla Gözəl (Azərsun ) ölkəyə ərzaq gətirməyi qadağan edib.Sahki olkənin Prezidenti budur.Azərbaycanı analoqu olmayan maraqlı məmləkətə çeviriblər. Gömrükşülər də Azersun dediklərini edir.Ona görə yağın,qəndin və digər ərzaq məhsullurının qiyməti yuxarı həddən düşmür.Sərbəst bazar Azərbaycanda bilərəkdən ləğv edilib.

t.ədalət 2018-10-20 16:42:23

Dövlətimizin belə günə düşməsi adamı mıyus edir.Hansı sahəyə baxırsan,qoçular görünür.Amma,nə vaxtsa Prezident buna stop qoyacaq.Çünki harınlamnışların qarşısı alınmasa,nə vaxtsa oinlar hakimiyyətə də meydan oxuyacaq.

NURəddin 2018-10-20 16:42:23

YƏNİ DOĞRUDANMI HANSISA BİR ADAMA DÖVLƏT ADLI BİR STRUKTORUN GÜCÜ ÇATMAYA BİLƏR. MARAQLI DƏHŞƏTDİR. ƏGƏR BELƏDİRSƏ NƏ PİS ÖLKƏMİZ VAR.VƏ BİZ NƏ QƏDƏR PİSİK Kİ, BELƏ ŞEYLƏR BİZİM TOPLUMUN İÇİNDƏ YETİŞƏ BİLİR.

Sahibkar 2018-10-20 16:42:23

Bəydəmrli cənabları deputat olana niyə monopolist məsələsi yadına düşmürdü? Axı monopoliya Azərbaycanda 30 ildir tüğyan edir. Məsələ özünə çatanda səsi çıxır.İndi görüsən ki,azad sahibkarlıqdan danışılır,ammaəksi edilr.Yəni Azərbaycanda sahibkarlıq azad deyil!Bu da sübutu!

EJDER 2018-10-20 16:42:23

BURADA MONOPOLIYA ,RUWVWT INKIWAF EDIR.HAMIDA NAQIL DANIWIR.AZERBAYCAN NAQILLAR OLKESIDIR.GOMRUK LAP BIYABIRCILIQDI.

Boуnu Buruq 2018-10-20 16:42:23

"Adi" vəтəndaş Ozü və Cəmiууəтə çox faуdalı iş gorəndə, 1.onu azdırıb işini alırlar, 2.уardım əvəzinə əks тədbirlər gorülür, 3.belə "qulaq burma"sı kifaуəт eтməуəndə, 4."boуnunu da burub" cəmiууəтdən kənara aтırlar. İnkişaf уardımı da тexniki əsaslı və сəmiууəтə zəruri sahibkar işinə deуil, adəтən "formalaşmışa" buraxılır? Buraxılmaz уerdə bina тikilir əтrafı keçilməz qalır. "Kiçik" dovləт məmuru da boуnu buruq qalır. İri DOVLƏТ MƏMURU dogru deуibmiş ki, nə rekeт ozümüzün nəfsi çaтmır?

Tahir 2018-10-20 16:42:23

Bu həyatda kimə inanasan?! Bu və digəri (https://haqqin.az/news/138222) məqaqələlər bir birinə əks olsada eyni məsələyə toxunub və güya ki, cəmiyyətin maraqlqrına əsaslanırlar.Bəs kim haqlıdır? Mən bu fikri "Haqqin.az"-ın Feycbuq səhifəsində də yazdım lakin Admin. nəyə görəsə pozdu.Maraqlıdır görəsən niyə xoşlarına gəlməyib?

sənan ələsgərov 2018-10-20 16:42:23

hər şeyi yoluna qoyulacaq

T.ədalət-ə 2018-10-20 16:42:23

Bu qanunsuzlara stop qoymaq üşün nə gözlənilir? Axı hər yerdə deyirik azad,sivil cəmiyyət qurulub. Bəs bu deyimlərin nəticəsi niyə görünmü? Biznes-monopoliya,iş yerlərində qohumlar,evladlar,kriminal hər yerdə,büdcə pay-mal edilir,rüşvət artır,yaşam çətinləşir.

Vusal 2018-10-20 16:42:23

Ona gore azerbaycanda her sey Od qiymetinedi, almaniyadan 1000 evroya masin alib getirirsen gomrukde 4600 manat rusum isteyirler, Bu hansi standartlara uygundu cenab Sefer Mehdiyev? Yoxsa Sefer Mehdiyev standartlarina!

t.ədalətə 2018-10-20 16:42:23

Qoçuların ortaya çıxmasına stop qoymaq üçün nə vaxtsa nə deməkdir?Belə işlərə stop qoymalı olan o qədər qurumlar var ki! Bəs niyə onlar işləmir?Plkədə qanunların işləməməsinin səbəbi bu qanunlara əməl edilməsinin bəzi orqanlara sərf etməməsidir.Yəni bu pozuntuardan pul qazanmalarıdır.Yoxsa belə biabırçılığa yol verməzlər.Ən pisi isə odur ki, bu orqanların belə işlərinə nəzarət edən, soran adam tapılmır. Həmin adamlar millətin kasıb təbəqəsinə meydan oxuyurlar.

mühəndis 2018-10-20 16:42:23

Sovet dönəmində metallomdan hazırlanan armaturaları çox mərtəbəli binalarda istifadə etmək qadağan idi.Bu doğru qərar idi.Çünki metal yorulduqdan,yəni ilk istifadıdın sonra yorulur,tərkibində müəyyən dəyişikliklər baş verir,Ona görə metallomdan hazırlanmış armaturlar həm dözümsüz olur,həm də keyfiyyəti standartlara cavab vermir.Bu doğru qərar idi.Ona görə təkrar metal emalı zamanı hazırlanan armaturaların mərtəbəli bönalarda istifadəsi qadağan edilməlidir.(binanın zəlzələyə davamlılığı və ömr uzunluğu üçün

R-n 2018-10-20 16:42:23

Monopoliya ganunun bu gune geder gebul olunmamasinin gunahi monopoliya sahibinin gunahi deyil.Bu daha guclulerin emelidir.Dunyada,belke de yegane olkeyik ki,bu ganun yoxdur.Bu hekim,muellim ovuna cixib Aslanli,liftci Gudreti gorumagdan cetin ish deyil.Tekce neft-gaz satib,Garabag demekle ish bitmir.Daxili siyaset kokunden deyishmelidir.I....

Obyektiv 2018-10-20 16:42:23

Bu monopoliya chixardanlara ve monopolistlere ALLAH qenim olsun! Ne zecirvari "halqa"dirsa bunlarin acgoz elinden yashayish terzi ozu zehere donub! Bir qirilmish elleri gah rusiyanin ya qerb, avropanin "eteyi"ndedir.. Gelen servetlerin yagli tereflerini harincasina sumurub yeyirler, ortada (bunlari "sigortalamaq" uchun) suni (telebat mallari,kommunal, neqliyyat ve banklara qeder) bahalashmalar, chetinlikler toredirler.. ve orta insan da kenardan baxa-baxa qalir.. Bu qabaliqlari menevi alemi de, pozub!..

Son yazılar