Menu

Azərbaycan Ordusu daha bir əsgərini itirdi

06.08.2014, 10:21
Azərbaycan Ordusu daha bir əsgərini itirdi

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Tərlanlı Sahil Yaşar oğlu aldığı güllə yarasından dünyasını dəyişib.

Onun hansı şəraitdə güllə xəsarəti aldığı hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol