Menu

Snayperimizin öldürdüyü erməni terrorçunun fotosu yayıldı

06.08.2014, 10:30
Snayperimizin öldürdüyü erməni terrorçunun fotosu yayıldı

[caption id="attachment_46008" align="alignleft" width="300"] Aram Qriqoryan[/caption]

Ermənilər avqustun 4-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda öldürülmüş hərbçi barədə yeni məlumat və foto yayıblar.

Modern.az-ın məlumatına görə, öldürülən Ermənistan Silahlı Qüvvələrinin muzdlu hərbçisi 40 yaşlı Aram Qriqoryandır. Onun Azərbaycan Silahlı Qüvvələrinin snayperi tərəfindən məhv edildiyi bildirilir.

Aram Qriqoryanın evli olduğu, üç uşağının yetim qaldığı qeyd edilir.

Xəbərdə o da deyilir ki, Aram Qriqoryan məşhur erməni terrorçu komandiri Monte Melkonyanın əsgərlərindən biri olub.

Azərbaycanlılara qarşı döyüşlərə rəhbərlik etmiş Monte Melkonyan dünya ermənilərinin qəhrəmanı və qürur mənbəyi idi. O, 1993-cü ilin iyun ayında Azərbaycan döyüşçüləri tərəfindən məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol