Menu

İsrail Qəzza zolağı ilə sərhədi açacağını vəd edir

21.10.2018, 16:27
İsrail Qəzza zolağı ilə sərhədi açacağını vəd edir

İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qəzza Zolağının Mülki İşlər Komitəsi məlumat yayıb.

"İsrail tərəfi bizə bazar günü normal rejimdə işləmək üçün "Erez" və "Kerem-Şalom" sərhəd-keçid məntəqələrini açacağını bildirib", — deyə mətndə qeyd olunub.

Bildirilir ki, məntəqələr kommersiya və humanitar yüklərin daşınması, həmçinin insanların keçidi üçün istifadə olunacaq.

Bundan əvvəl Qəzzada İsrail hərbçilərinin terrorçu hücumu nətcəsində 6 fələstinli şəhid olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol