Niderlandın keçmiş baş naziri vəfat edib

Niderland Krallığının keçmiş baş naziri Vim Kok vəfat edib."Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumatda bildirilir ki, sabiq hökumət rəhbəri 80 yaşında dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Vim Kok 1994-cü ildən 2002-ci ilə qədər ölkənin baş naziri vəzifəsini icra edib.

Xatırladaq ki, Vim Kok bu ilin martında Azərbaycanda səfərdə olub. O, VI Qlobal Bakı Forumunda iqtisadi inkişafın ətraf mühitin deqradasiyasına təsiri mövzusu müzakirələrdə iştirak edib. Panel iclasda çıxış edən Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitin deqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərini nizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar: “Bu baxımdan Paris razılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir. Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır. Məsələn, ABŞ prezidenti Donald Tramp bu baxımdan olduqca məsuliyyətsiz davrandı. Çünki Paris anlaşmasına imza atan dövlət başçılarının demək olar ki, hamısı götürdükləri öhdəliklərə sadiqlik nümayiş etdirirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar