Menu

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2025-ci ilə qədər 50-dən çox yeni gəmi alacaq

22.10.2018, 16:18
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2025-ci ilə qədər 50-dən çox yeni gəmi alacaq

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) son 5 ildə 20 yeni gəmi alaraq donanmasına əlavə edib. Hazırda 2-si "Ropac" tipli, 2-si isə tanker olmaqla 4 yeni gəmi inşa edilir. Tezliklə daha 4 unikal tankerin tikintisi üçün müqavilə imzalanacaq”.

“Report” xəbər verir ki, bunu Gəmiçiliyin sədri Rauf Vəliyev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum qarşıdakı illərdə də yeni gəmilər alacaq: "2025-ci ilə qədər daha 50 gəminin alınıb donanmaya əlavə edilməsi planlaşdırılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol