Menu

Cəbhədən YENİ XƏBƏR: ermənilər daha bir hərbçimizi vurdu

06.08.2014, 11:51
Cəbhədən YENİ XƏBƏR: ermənilər daha bir hərbçimizi vurdu

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhə xəttində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərhad Azad oğlu Rəhimov düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər yüngül xəsarət alıb. Hospitala yerləşdirilən əsgərin vəziyyəti normal qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol