Menu

Ermənilər daha bir uşağı yaralayıb - Video

06.08.2014, 12:16
Ermənilər daha bir uşağı yaralayıb - Video

Gecə saatlarında Ermənistan silahlı bölmələrinin Ağstafa rayonunu atəşə tutması nəticəsində bir azyaşlı uşaq yaralanıb.

Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar.

10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb.

Onu da qeyd edək ki, 3 gün əvvəl Gədəbəydə 14 yaşlı qız erməni gülləsinə tuş gəlmişdi və ayağından yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol