Menu

“Azərbaycana edilən hücumlar bizə yönəlib” - Türkiyəli deputat

06.08.2014, 12:47
“Azərbaycana edilən hücumlar bizə yönəlib” - Türkiyəli deputat

“Azərbaycan bizim öz qardaşımızdır. Azərbaycana edilən bütün hücumları öncə bizə, sonra isə bütün Türk millətinə yönəlik hücum kimi dəyərləndiririk”.

Bu sözləri "Editor.az"a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankaradan olan MHP-li millət vəkili Özcan Yeniçəri deyib.

Millət vəkili qeyd edib ki, Türkiyə Xocalıda, Kərkükdə axan qanları unutmayıb:

“Ermənilərə əsla boyun əyməyəcək, əydirməyəcəyik. Lazım gəldiyində Azərbaycana bütün dəstək veriləcək. Cəbhədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət, Qazilərimizə isə cansağlığı arzu edirik. Qardaş Azərbaycana, Azərbaycan xalqına başsağlığımızı çatdırırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol