Menu

Avropada plastik qab-qacaq qadağan olunacaq - 2021-ci ildən

25.10.2018, 15:02
Avropada plastik qab-qacaq qadağan olunacaq  - 2021-ci ildən

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa parlamenti (AP) Avroittifaq daxilində plastik qablardan və plastikdən olan birdəfəlik predmətlərdən istifadəni tam qadağan edən qərar çıxarıb. Bu barədə AP-nin saytında xəbər verilir.

Xəbərdə qeyd olunduğu kimi, plastikdən olan birdəfəlik qablar dəniz zibilinin 70 faizini təşkil edir.

Qadağa 2021-ci ildə qüvvəyə minəcək. Avropa İttifaqının ərazisində plastik qablardan, hava şarları üçün «barmaqcıq»lardan, plastikdən hazırlanmış içki borucuqlarından və qulaqcıqlardan istifadə tamamilə qadağan olunacaq.

Bundan başqa, 2025-ci ilə siqaret süzgəclərində plastikdən istifadənin 2 dəfə azalacağı planlaşdırılır. Həm də həmin tarixə qədər plastik butılkaların 90 faizinin təkrar emal olunacağı planlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol