Menu

Nazir şəhid hərbi qulluqçuların ailə üzvlərinə veriləcək birdəfəlik ödənişlərdən danışdı

25.10.2018, 16:38
Nazir şəhid hərbi qulluqçuların ailə üzvlərinə veriləcək birdəfəlik ödənişlərdən danışdı

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:

"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol